Əməkdar artist Nofəl Vəliyev Çiçək ləqəbli aparıcı Şəhla Vakkası tənqid edib.
Gununsesi.info-nun verdiyi məlumata görə, aktyor bu haqda sosial şəbəkədə yazıb.
O bildirib ki, Çiçək danışanda həddindən çox qışqırır: “Aparıcı Çiçəyi tanıyan varsa, ona desin ki, bu qədər qışqırmaq, bu qədər gülmək olmaz. Ayıbdır! Taksidə oturmuşam, dinləməyə məcburam. Başı getsin, başım getdi!”.
Nofəl Əliyev daha sonra statusuna şərh yazıb. O, “Bir də dayanmadan gülür. Səviyyədə ki… Partladır! Onun emosiyası çox deyil, sadəcə “tormuz”u tutmur” sözlərini əlavə edib.
Gununsesi.info