Əməkdar artist Cavanşir Məmmədov şou aləminin açıq-saçıq geyimlərindən gileylənib.
Gununsesi.info xəbər veriri ki, müğənni muztv-yə müsahibəsində toy musiqilərinin efirdə təqdim edilməsinə qarşı olduğunu bildirib:
“Toy musiqisi, “ara musiqisi” ilə eyni deyil, ancaq efirdə bu ifaları səsləndirmək olmaz. Səviyyəsiz mahnıları efirə vermək düzgün deyil. Mahnı sözünə, musiqisinə, ifaçısına görə səviyyəsiz olur. Pis musiqi yox, pis ifa edən müğənnilər var”.
Əməkdar artist səhnədə açıq-saçıq geyinən müğənnilərə sərt münasibət bildirib:
“Geyim tərzinə fikir verilmir, danışanda mentalitetdən danışılır. Mentaliteti efir qorumalıdır. Küçədəki insana deyə bilmərsən ki, niyə belə geyinmisən. Əvvəl efirə üzük taxıb çıxanda efirə buraxmırdılar. Yarıçılpaq efirə çıxırlar, fikirləşmirlər ki, buna uşaq da baxır. Bizə mahnı lazımdır, biri sinəsini, o biri dalını, qabağını göstərir. Özünü yox, sənətini göstərmək lazımdır. Belə olmaz axı, gənclər sənətçiləri tanımır, səhərdən axşama qədər “gədə-güdə”lərə baxırlar”.
Gununsesi.info