Əməkdar jurnalist bulvarı “boykot” etdi: "Hava da yoxdur, bulvarda alış-veriş edənlərdə vicdan da!"

  • By admin
  • 08 Avqust 2016 21:35

leman

“Çoxdandır bulvarda olmuram. Demək olar ki, yaydan – yaya bir, ya iki dəfə gedəm. Az əvvəl də qəfil qərar verdik ki, çıxaq bir az hava alaq. Hava da yoxdur, bulvarda alış-veriş edənlərdə vicdan da! Bunlar bu qiymətləri necə müəyyən edirlər?”.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycanın tanınmış jurnalistlərindən olan Əməkdar jurnalist Ləman Əliəşrəfqızı öz “Facebook” statusunda qeyd edib. O, qeyd edib ki, iki dondurma, bir suya  6 manat veriblər.

“Hansı ki, o dondurma dükanda 40 qəpikdir, bunlar da versin cəhənnəm 60 qəpiyə. Daha 2 manata birini, 3 manata o birini yox daa! Deyirəm bizim qədər fürsətcil, öz millətinə qənim kəsilən, varlanmaq hərisi ikinci bir millət varmı? Axı bulvara gələn varlı təbəqə də deyil, əksəriyyəti kasıb-kusubdur, elə qiymət qoyun ki, bir gələn ikinci dəfə də gəlsin. Şəxsən mən bu gündən bulvarı boykot edirəm!”-deyə, o, daha sonra qeyd edib.

Gununsesi.info