Əməkdar jurnalist vəfat edib

  • By admin
  • 22 Fevral 2017 10:52

dt

Sovet Azərbaycanın ilk satirik jurnalı olan  “Kirpi”nin baş redaktoru Polad Qasımov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu haqda P.qasımovun dostları sosial şəbəkədə xəbər paylaşıblar.

Xatırladaq ki, Polad Qasımov 1942-ci ildə Gədəbəy rayonunu Ataxal kəndində anadan olub.

Serqey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universtitetinin Jurnalistika fakultəsini bitirib.

1960-cı illərdən jurnalistika fəaliyyətinə başlayıb. “Azərbaycan pioneri”, “Kommunist”, “Abşeron” qəzetində və  “Kirpi” jurnalında çalışıb.

1995-ci ildən “Kirpi” jurnalının baş redaktorudur. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Əməkdar jurnalist və bir sira fəxri adlara layiq görülüb. Bir çox kitabların və elmi məqalələrin müəllifidir.

Allah rəhmət eləsin….

Gülnaz Qənbərli

Gülnaz Qənbərli