
Müdafiə Nazirliyi (MN) düşmənlə təmas xəttində gərginliyin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Gununsesi.info bildirir ki, nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, erməni silahlı bölmələrinin təxribatlarını qarşısı qətiyyətlə alınır: “Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”.
Qeyd edək ki, Ermənstan Müdafiə Nazirliyi noyabrın 30-da cəbhədə baş verən atışmada üç hərbçisininin yaralandığı barədə məlumat yayıb.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
Gununsesi.info