Əməliyyat saatlarla davam etdi – 2 nəfəri öldürən şəxs yaxalandı

İsveçin cənubundakı Sion şəhərində iki qətl törədən və bir nəfəri yaralayan şübhəli saatlarla davam edən əməliyyatdan sonra yaxalanıb.

Gununsesi.info xəbər verir ki, İsveçin Valais kantonunun paytaxtı Sion polisi səhər saatlarında iki fərqli ərazidə çoxlu atəş açıldığını bildirib.

Hücumlarda ilk olaraq 34 yaşlı qadının dayanacaqda öldürüldüyü bildirilib. Eyni dayanacaqda 49 yaşlı qadın da yaralandığı halda, hadisədən təxminən 1 saat sonra 41 yaşlı kişi öldürülüb.

İtaliya və Fransa sərhədinə yaxın olan Sion şəhərinin polisi silahlı hücumçunun tutulması üçün əməliyyata başlayıb.

Təxminən səkkiz saatlıq işdən sonra təcavüzkar Sionun şimalında tutulub.

Prokurorlar qətlin araşdırılmasını davam etdirərkən, təhlükəsizlik qüvvələri Sion şəhərinə göndərilib.

2022-ci ildə paylaşılan məlumatlara görə, 9 milyon əhalisi olan İsveçdə vətəndaşların yüzdə 23-də silah var.

Gununsesi.info