Əməliyyatlar nəticəsində 100 yaraqlı məhv edilib

  • By admin
  • 04 Fevral 2018 14:34

Ötən gün ərzində Əfqanıstan ərazisində həyata keçirilən əməliyyatlar nəticəsində ən azı 100 yaraqlı öldürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli KİV-lər Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Dövlət Vəziriyə istinadla məlumat yayıb.

Əməliyyatların Faryab, Qəndəhar, Qəzni, Nangarhar, Vardak və Logar əyalətlərində keçirildiyi bildirilir.Bundan əlavə, əməliyyatlar zamanı yaraqlılara məxsus silah-sursatın müsadirə edildiyi qeyd olunub.

Təhlükəsizlik qüvvələrinin itkiləri barədə məlumat verilmir.

Gununsesi.info