
Lisenziyası ləğv edilən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 10,6 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 10,5 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 2,7 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 1,5 milyon manatdan çox kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan Gununsesi.info-ya verilən məlumata görə, ümumilikdə 4 bank üzrə 25,3 milyon manatdan çox kompensasiya ödənilib.
Qeyd edək ki, avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu bağlanan 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
İyulun 25-də sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.
Qorunan əmanətçilərin kompensasiya almaq üçün ərizə formalarını avqustun 1-dən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsində əldə etmələri mümkündür.
Gülnaz Qənbərli
Gununsesi.info