Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.
ƏSF-dən bildiriblər ki, yanvarın 28-də lisenziyası ləğv edilən “Atrabank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların alınması üçün müvafiq olaraq müqavilə bağladıqları filiala, “Xəzər” filialının qorunan əmanətçiləri isə “Atrabank” ASC-nin baş ofisinə, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri bankın baş ofisinə müraciət edərək öz əmanətlərini geri ala bilərlər.
“Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.
Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.
Gununsesi.info