“Əminə Ərdoğan Banqladeşə səfər edəcək” - HAKAN ÇAVUŞOĞLU

  • By admin
  • 06 Sentyabr 2017 12:16

06

“Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Banqladeşə səfər edəcək”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin baş nazir müavini Hakan Çavuşoğlu mətbuata açıqlamasında belə deyib.

H.Çavuşoğlu bildirib ki, tezliklə Arakanlı müsəlmanlara humanitar yardım göndəriləcək: “Türkiyə tərəfindən Arakanlı müsəlmanlara göndəriləcək yardımlar bölgədəki təhlükəsizliyinin təmin edilməsi istiqamətində yaranan ciddi problem səbəbində hərbi təyinatlı helikopterləri köməyi ilə çatdırılacaq”.

H.Çavuşoğlunun sözlərinə görə, humanitar yardımı Arakanlı müsəlmanlara Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri Serdar Çam şəxsən özləri təqdim edəcəklər.

Anar

Gununsesi.info