“Əminəm ki, Putini burada görəcəyik!” -Zelenski Haaqa məhkəməsində

  • By admin
  • 04 May 2023 21:53

Ukrayna Prezidenti Vladimir Zelenski Hollandiyada səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə baş çəkib.

Zelenski çıxışına “ədalət olmadan sülh yoxdur” nitqi ilə başlayıb.

“Biz hamımız Vladimiri burada – Haaqada görmək istərdik”, – o zarafatla qeyd edib.

Ukrayna lideri bildirib ki, Rusiya Prezidenti cinayət əməllərinə görə məhkum olunmağa layiqdir.

“Əminəm ki, biz qalib gələn kimi Putinin cəzalandırılmasını görəcəyik”, – o vurğulayıb.

Zelenski çıxışında 2014-cü ilin iyulunda Donbass üzərində vurulan Malayziya aviaşirkətinə məxsus “Boeing”təyyarəsində həlak olan qurbanları da xatırladıb. Qeyd edək ki, onların çoxu Hollandiya vətəndaşları olub. Hollandiya məhkəməsi “Boeing”in Rusiyanın “Buk” zenit-raketi ilə vurulduğunu sübut edib.

Gununsesi.info