Əmioğlu əmioğlunun qanını tökdü - ŞAMAXIDA

  • By admin
  • 18 Aprel 2017 09:52

intihar bicaq

Şamaxıda qətl törədilib.

Gununsesi.info-nun xəbərinə görə, Şamaxı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Göylər kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Famil Hidayətov aralarında yaranmış mübahisə zəminində əmisi oğlu, 46 yaşlı Şəmsəddini bıçaqlayaraq öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Gununsesi.info