Əmisi oğlu ilə nişanlanan 14 yaşlı qızın valideyni polisə çağırıldı

Sosial şəbəkələrdə Şəmkirdə 14 yaşlı qızın nişanlanması barədə məlumatlar yayılıb.

Yayılan məlumatlara görə, 14 yaşlı qız ailəsinin razılığı ilə 26 yaşlı əmisi oğlu ilə nişanlanıb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun inspektoru Eşqin Qasımov bildirib ki, yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb: “Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayonda nişan mərasimi olduğu bildirilən yeniyetmə qızın evində olublar. Qızın ailəsi hələlik elçilik mərasimi keçirildiyini, yaxında isə nişan olacağını deyib. Yeniyetmənin valideynləri isə toy mərasiminin qanunun tələbinə uyğun olaraq qızlarının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildiriblər. Qızın və oğlanın valideynləri Polis Şöbəsinə dəvət olunub, onlarla profilaktik söhbət aparılacaq”.

Gununsesi.info