
Sabirabad rayonu Çığırqan kəndində bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info-nun xəbərinə görə, Çığırqan kənd sakini, 1979-cu il təvəllüdlü Təhmasib Səfərov qohumları tərəfindən bıçaqlanıb. Belə ki, T.Səfəriv bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Təhmasib Səfərovun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altında olan Təhmasib Səfərovun vəziyyətinin ağır olduğu bildirilir.
Bildirilib ki, Təhmasib Səfərov öz həyətlərində əmisi oğlu Əliyusif və onun bacanağı ilə şəxsi münasibətlər zəminində mübahisə ediblər. Hər iki şəxs əvvəlcə Təhmasib Səfərovu döyüblər və daha sonra da bıçaqlayıblar.İlkin məlumata görə, hadisə pul borcu üstündə baş verib.
Faktla bağlı Sabirabad rayon polis şöbəsində cinayət işi başlanıb.
Gülnaz Qənbərli
Gununsesi.info