Hacıqabul rayonunda əmisinin evindən oğurluq edən şəxs saxlanılıb.
Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, Qubalı-Baloğlan kəndində yaşayan Ağaşərif Əzizov ötən ilin noyabr ayında evindən ona məxsus 400 manat dəyərində qızıl-zinət əşyaları və 400 manat pulun oğurlanması barədə polis şöbəsinə ərizə ilə müraciət edib.
Polisin araşdırmaları nəticəsində məlum olub ki, oğurluğu Qubalı Baloğlan kənd sakini, 27 yaşlı Mirzağa Əzizov törədib. Əzizov əmisinin evinə pəncərədən daxil olaraq oğurluq törədib.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info