Əmlakı əlindən alınan deputat danışmaq istəmir - RÜFƏT QULİYEV ÖZÜNÜ KÖMƏKÇİSİ KİMİ TƏQDİM ETDİ

rufet

Xəbər verdiyimiz kimi, millət vəkili Rüfət Quliyevin rəhbərlik etdiyi “EUROPEAN TOBACCO Baku”da müvafiq yoxlamalar həyata keçirilib və bu zaman ciddi maxinasiya, vergidən yayınma və digər qanundankənar hallar aşkar edilib. Həmin qanunsuzluqlara bağlı artıq Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Onu da nəzətinizə çatdıraq ki, deputat Rüfət Quliyevin bu hərəkəti “EUROPEAN TOBACCO Baku”nun əsas sahiblərinin qəzəbinə səbəb olduğundan o, adıçəkilən şirkətdən uzaqlaşdırılıb, Bakıda, Lənkəranda və digər yerlərdəki bir sıra obyektləri isə əlindən alınıb.

Gununsesi.info olaraq Rüfət Quliyevin “EUROPEAN TOBACCO Baku”nun rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək məqsədiylə deputatla əlaqə saxladıq.

Qeyd edək ki, telefonu millət vəkili özü qaldırsa da, hətta “Salam, Rüfət bəy, necəsiniz?”, deyə müraciətimizə “Salam, eşidirəm”, deyə qarşılıq versə də, sözügedən mövzu ilə bağlı sualımızı eşitdikdən sonra o, özünü deputatın köməkçisi kimi təqdim etdi və Rüfət Quliyevin Milli Məclisdə iclasda olduğunu bildirdi:

“Onun “EUROPEAN TOBACCO Baku”dan uzaqlaşdırılmasına gəldikdə isə boş-boş şeylər yazırlar, qoy yazsınlar da… Bu onların işidir. Özü gəlib sizinlə əlaqə saxlayar. Özü gələr, əlaqə saxlayarsınız. Mən bu barədə heç nə deyə bilmərəm”.

Gununsesi.info