
Türkiyə millisinin sabiq üzvü Əmrə Bəlözoğlu “Başakşəhər”lə yeni müqavilə imzalayıb.
Qol.az-ın xəbərinə görə, bu barədə klub prezidenti Göksel Gümüşdağ “Sabah” qəzetinə açıqlamasında məlumat verib. 36 yaşlı yarımmüdafiəçi bu gün superliqa təmsilçisi ilə yeni 1 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Əmrə karyerası ərzində “Qalatasaray”, “İnter” (Milan), “Nyukasl”, “Fənərbaxça” və “Atletiko” kimi komandalarda çıxış edib.
Gununsesi.info