“Əmr yerinə yetirənlərin yox, əmr verənlərin təslim olduqları kadrlar yayımlanmalıdır” - millət vəkili

  • By admin
  • 16 İyul 2016 11:35

sahib

 

“Türkiyədə baş verənlərin türk ordusuna, onun şərəfli zabit və məhmətciklərinə heç bir dəxili yoxdur! Məhmətciklərin əlləri yuxarı “təslim” olduqları və yaxud da üz-üstə sərilmiş kadrlarını efirlərdən yığışdırmaq lazımdır”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə,  bu, şərəfli türk ordusunun şəninə sığmır. “Əsgərlər əmr yerinə yetiriblər, sadəcə. Əgər yayımlanırsa, əmr yerinə yetirənlərin yox, əmr verən şərəfsizlərin təslim olduqları kadrlar yayımlanmalıdır. Özü də hərbi geyimdə deyil. Onlara şərəfli türk ordusunun geyimi yaraşmır. Başlarına liderlərinin fəsini geydirmək, əllərinə isə xidmət etdikləri gücün aşağı salınmış bayrağını vermək lazımdır” – deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info