“Ənənə” pozuldu: Paşinyan Qarabağa gələ bilmədi

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağdakı separatçıların lideri Araik Arutyunyanla görüşüb.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. Görüş dünən İrəvanda baş tutub.

Qeyd edək ki, bu, Paşinyanın seçkidən və Moskvaya səfərindən sonra Arutyunyanla ilk görüşüdür.

II Qarabağ müharibəsinə qədər Ermənistan liderləri hər seçkilərdən sonra ya ilk səfərlərini Moskvaya edir və yaxud Azərbaycanın işğal altında saxladıqları Xankəndi şəhərinə gəlirdilər.

İndi isə N.Paşinyanın Xankəndiyə gəlməsi 10 noyabr 2020-ci il bəyanatının pozulması və Azərbaycanın ərazi bütövlüyünə qəsd sayılır.

Gununsesi.info