Ənənəvi dini festivalda 13 nəfər ölüb

Hindistanda ənənəvi “Ganesh Chaturthı” festivalında faciə baş verib. Gununsesi.org Hindistan KİV-lərinə istinadla xəbər verir ki, bu il Bhopalda keçirilən festival iştirakçıları fil başı olan Qaneş fiqurunu suya buraxmaq məqsədilə bərəyə miniblər və bu zaman həmin nəqliyyat vasitəsi ağırlığa tab gətirməyərək batıb. Yerli polisin məlumatına görə, qəzada 13 nəfər ölüb, daha 5 insan itkin düşüb. Onların axtarılması üçün Qanq çayında dalğıclar işləyirlər.

“Ganesh Chaturthı” festivalı dini ənənələrə əsasən keçirilir. O, hər il avqustun 20-dən sentyabrın 15-dək təşkil olunur. Əsas məqsəd hindlilərin fil başı olan Qaneş tanrısının doğum gününü bayram etməkdir.

HTML tutorial

Gununsesi.org