“Ən ağır mexanizm cəmiyyətin qınağıdır” - Bahar Muradova deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərə gərək duymur

  • By admin
  • 17 Fevral 2017 14:20
bahar1
“Deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur. Bu məsələdə ən ağır mexanizm cəmiyyətin qınağıdır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) sədr müavini Bahar Muradova parlamentdə KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.
B. Muradova görüşdə  “Kütləvi informasiya vasitələri haqqında” qanuna yeni dəyişikliklərin edilməsi ilə bağlı səslənən fikrə münasibətini açıqlayaraq deyib ki,  adıçəkilən qanuna indiyə qədər mövcud olmayan məqamlar, əlavələr müzakirə olunaraq, plenar iclasların birinə çıxarıla bilər.
“Müəyyən dəyişikliklər qəbul olunduqdan sonra bu sahənin statusu ilə bağlı anlaşılmazlıqlar aradan qalxacaq. Bundan sonra hər bir internet resursunun statusu məlum olacaq. Mətbuat Şurasının və digər qurumların fəaliyyətinin tənzimləyəcək yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Bu sahədə, sadəcə, məsləhətləşmələrə ehtiyac var”– deyə, B. Muradova vurğulayıb.
 MM-in mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün daim axtarışda olduğunu deyən vitse-spiker bildirib ki, parlament jurnalistlərinin ixtisaslaşdırılması layihəsi üzərində işləmək olar:
“Biz burada qeydiyyatdan keçən jurnalistlərin Milli Məclisin işinə bələd olması üçün treninqlər keçməsinə hazırıq”.
Deputatlarin fəaliyyəti ilə bağlı məsləyə toxunan B. Muradova deyib ki,  yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur:
“Bu məsələdə ən ağır mexanizm cəmiyyətin qınağıdır. Ayrı-ayrı media orqanlarında söyüş kampaniyaları aparılır. Bu da ayrı-ayrı mətbuat nümayəndələrini addekvat olmayan hərəkətlərə vadar edir. Bunun bir tərəfi peşə eqoizmi ilə bağlıdırsa, digəri isə məlumatda önə çıxmaq, eksklüziv məlumat yaymaq həvəsi ilə bağlıdırsa, yarısı da mənəviyyata bağlı olmalıdır. Bunu heç kim inkar edə bilməz”.
Mürtəza 
Gununsesi.info