Ən aktiv və ən passiv seçki dairəsinin adı açıqlandı - Yasamalda seçkidə iştrak edənlər azdır

  • By admin
  • 26 Sentyabr 2016 15:50
secki 
Referendumda seçici passivliyi Yasamal rayonunda qeydə alınmaqdadır. 16 saylı Yasamal İkinsi Seçki Dairəsində sesçicilərin 36,04 faizi, 17 saylı Yasamal Üçüncü Seçki Dairəsində isə 39 faizi  iştirak edib.
Ən aktiv seçici aktivliyi isə yenə də 14 Xəzər Seçki Dairəsində qeydə alınıb Burada seçicilərin 67,24 faiz səsvermədə iştirak edib”.
 Bunu Gununsesi.info-ya açıqlamasında  MSK İnfotmasiya  Mərkəzininin rəhbəri Fərid Orucov deyib.
Onun sözlərinə görə, seçici fəallığı yenə də 14 və
13 Seçki Dairələrində müşahidə olunmaqdadır: “Saat 15-00-dək 14 saylı Xəzər Seçki Dairəsində seçicilərin 67,24  faizi, 13 saylı Pirallahı-Xəzər seçki Dairəsində isə 59,28 faizi iştirak edib”.
Ölkə üzrə seçici fəallığının müşahidə olunduğunu  deyən F. Orucov bildirib ki, Bakının Abşeron, Binəqədi rayonlarında müşahidə olunmaqdadır: “Ümumu aktivlik isə əsasən respublikanın Cənub, Şimal, Şimal-Qərb və Aran bölgələrində müşahidə olunmaqdadır. Bu bölgələrdə seçicilərin  ümumilikdə 55 faizi   səsvermədə iştirak edib”.
Seçicilərin passiş iştirak etdiyi bölgələrə gəldikdə isə F. Orucov deyib ki, passivlik daha çox Naxçıvan Muxtar Respublikasında və Bakının bir sıra  Seçki Dairələrində  qeydə alınıb: “Naxçıvanda seçicilərin təqribən 48 faizi iştirak edib”.
F. Orucov onu da əlavə edib ki, ən passiv seçici iştirakı Bakının yasamal rayonunda qeydə alınmaqdadır: “Ən passiv sesçici 17 saylı Yasamal  Üçüncü Seçki Dairəsində  36,04 faiz, 16 saylı İkinci Yasamal Seçki Dairəsində 39 faiz seçici səsəvermədə iştirak edib”.
Mürtəza
Gununsesi.info