Ən aktivi Xəzər, Ən passivi Nərimanov

  • By Mayil
  • 26 Sentyabr 2016 13:26
 seci
Referendumda öncüllüyü 14 Xəxər və 13 Pirallahı-Xəzər Seçki Dairələri əldən vermir.
 Artıq bu dairələrdə sesçicilərin 40 faizdən çoxusəsvermədə iştirak edib.
Bu barədə Gununsesi.info-ya MSK İnfotmasiya  Mərkəzininin rəhbəri Fərid Orucov deyib.
Onun sözlərinə görə, seçici fəallığı daha çox 13 və 14 saylı Seçki Dairələrində müşahidə olunmaqdadır: “Saat 12-00-dək 14 saylı Xəzər Seçki Dairəsində seçicilərin 43,5  faizi, 13 saylı Pirallahı-Xəzər seçki Dairəsində isə 38, 07 faizi iştirak edib”.
Ölkə üzrə seçici fəallığının müşahidə olunduğunu  deyən F. Orucov bildirib ki, fəallıq əsasən ölkənin şimal, cənub, Aran, şimal-qərb bölgələrində qeydə alınıb. Bu bölgələrdə seçicilərin artıq  33 -34 faizi  səsvermədə iştirak edib.
 ən passiv bölgələrə gəldikdə isə F. Orucov deyib ki, passivlik daha çox Naxçıvan Muxtar Respublikasında və Bakının bir sıra  Seçki Dairələrində  qeydə alınıb: “Burada seçicilərin 22-27 faizi seçkilərdə iştirak edib. Ən passıvlik isə 19 saylı Nərimanov DSK-da  qeydə alınıb. Burada seçicilərin 15, 92 faizi iştirak edib. Bundan sonra  passivlik 17 saylı 3-cü Yasamal və 7 saylı Ordubad-Culfa  seçki dairəsində qeydə alınıb. Bu  dairələrdə seçicilərin  21 faizi səsvermədə iştirak edib”.
Mürtəza
Gununsesi.info