Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində ən çox nöqsanlar Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyində aşkar edilib.
Gununsesi.org xəbər verir ki, bu haqda parlamentin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, adı çəkilən nazirliklər bundan nəticə çıxarmalı, nöqsanları aradan qaldırmalıdırlar.