Ən çox tələbə təhsil krediti alan universitetin adı açıqlandı

  • By admin
  • 07 Aprel 2022 11:44

Tələbə təhsil kreditləri ən çox 20 təhsil müəssisəsində rəsmiləşdirilib.

Gununsesi.info xəbər verir ki, bunu 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat haqqında keçirilən tədbirdə Təhsil Tələbə Krediti (TTK) Fondunun rəhbəri Araz Paşayev deyib.

“Azərbaycan Dövlət İqtisad Universiteti (229), Bakı Dövlət Universiteti (192), Gəncə Dövlət (170), Lənkəran Dövlət Universiteti (152), Bakı Biznes Universiteti (131), Azərbaycan Texniki Universiteti (130), Sumqayıt Dövlət Universiteti (116), Azərbaycan Pedaqoji Universiteti (100), Mingəçevir Dövlət Universiteti (92), Odlar Yurdu Universiteti (92), Bakı Qızlar Universiteti (87), Bakı Mühəndislik Universiteti (86), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (76), Azərbaycan Pedaqoji Universiteti (Quba filialı 74), Azərbaycan Texnologiya Universiteti (70), Azərbaycan Dillər Universiteti (65), Azərbaycan Pedaqoji Universiteti (Cəlilabad filialı 62), Bakı Slavyan Universiteti (60), Azərbaycan Neft və Sənaye Universitetinin (55) tələbələrindən TTK üçün müraciətlər daxil olub. Eyni ailənin 2 və daha çox üzvünə rəsmiləşdirilmiş TTK verilib. Belə ki, 1 ailədə 3 tələbəyə, 96 ailədə 2 tələbəyə təhsil krediti verilib. Sosial TTK 47 ailə üzrə 94 tələbəyə, standart TTK isə 50 ailə üzrə 101 tələbəyə verilib”, – deyə Araz Paşayev qeyd edib.

Gununsesi.info