Respublika üzrə ümümi seçki fəallığı 39,39 faiz olsa da, iri şəhrələrdə seçki passivliyi qeyd olunur.
MSK-nın verdiyi rəsmi məlumata əsasən seçki passivliyi daha çox Bakı, Gəncə və Sumqayıt şəhərlərində qeydə alınmaqdadır. Bu şəhərlərdə seçici fəallığı 32-33 fazi cıvarındadır.
Gununsesi.info xəbər verir ki, ən az seçki fəallığı 17 saylı Yasamal 3-cü seçki dairəsində qeydə alınıb. Burada seçici fəallığı 25.63 fazi təşkil edib. Növbəti seçici passivliyi isə 30 saylı Birinci Suraxanı seçki dairəsində qeydə lınıb ki, burada seçicilərin 30.36 faizi seçkidə iştirak edib.
Ən fəal seçici fəallığı respublikanın şimal, şimal-qərb və cənub bölgəsində qeydə alınıb. Burada seçicilərin haradasa 43 faizi saat 12.00-dək seçkilərdə iştirak edib. Məsələn, 51 saylı susar seçki dairəsində 44, 58 faiz, Qubada 43 faiz, Xaçmazda 43-44 faiz. Zaqatala-Qax- Şəki-Qəbələdə seçicilərin 42 faiz seçici fəallığı qeydə alınıb. Qaçqın rayonlarında isə fəallıq Laçında qeydə alınıb. Laçın seçicilərinin 43,89 faizi seçkidə iştirak edib. Gəncəbasar bölgəsində isə Goranboy rayonunda daha çox seçki fəallığı qeydə alınıb. Burada saat 12.00-dək seçicilərin 43 faizi artıq səsə verib.
Cənub bölgəsində isə Yardımlı, Masallı, Lənkəran, Astara, Cəlilabad və Biləsuvarda da seçki fəallığı qeydə alınıb. Burada seçicilərin 43 faizi saat 12.00-dək səsvermə hüququndan istifadə edib.
Mürtəza
Gununsesi.info