Ən yaşlı amerikalı qadın dünyasını dəyişdi

  • By admin
  • 29 Noyabr 2019 09:01

 

ABŞ-da ölkənin ən qocaman qadını Aleliya Mörfi 114 yaşında dünyasını dəyişib. Gununsesi.org-un məlumatına görə, bu barədə “CNN” telekanalı xəbər verib.

Uzunömürlünün qohumları onun noyabrın 23-də vəfat etdiyini deyib, lakin ölüm səbəbini açıqlamayıb. Mərhumun dəfn mərasimi gələn həftə Nyu-Yorkda keçiriləcək.

1905-ci il iyulunda Şimali Karolina ştatında doğulan Mörfi 1926-cı ildən Nyu-Yorkda yaşayırdı. Bir müddət əvvəl 114 yaşını qeyd edən qadın uzunömürlülüyünün sirrini Allaha inamda və aktiv həyat sürməkdə gördüyünü demişdi.

Bundan sonra isə ən yaşlı amerikalı qadın adını Hester Ford daşıyacaq. O, 1905-ci ilin avqustunda anadan olub.

Gununsesi.org