
Belarus prezidenti Aleksandr Lukaşenko idmançıları ən yaxşı dopinqin Belarus salosu olduğunu deyib.
Gununsesi.info belta-ya istinadən xəbər verir ki, olimpiya və paralimpiya çempionları ilə görüşü zamanı idmançıların, məşqçilərin heç də hər zaman düzgün qidalanmamasını bildirib. “Onlar necə çıxış edəcəklər? Bu ki, anormalıdır. Siz dünya Kubokları mərhələsində soyuducularınızda gərək salo saxlayasınız. Qaçış, ağır məşqlər zamanı bir yaxşı tikə salo, qara Belarus çörəyi ilə qidalanmağınız daha yaxşı olar, nəinki ponçik və dondurma ilə. İdmançıların normal qidalanması bir nömrəli məsələ olmalıdır”- deyə, Alkesandr Lukaşenko vurğulayıb.
O əlavə edib ki, bax salo- ən yaxşı Belarus dopinqidir.
Gununsesi.info