
Azərbaycan Ordusu üzrə keçirilən “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Gununsesi.org-a bildirilib ki, plana uyğun olaraq keçirilən yarışda reaktiv artilleriya divizionunun şəxsi heyəti bütün mərhələlərdə tapşırıqları uğurla yerinə yetirərək Azərbaycan Ordusu üzrə birinci yerə layiq görülüb.