Ən yüksək və aşağı əməkhaqqı verən müəssisələr - SİYAHI

  • By admin
  • 09 Fevral 2018 11:00

Ötən ilin 11 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 6,5 faiz artaraq 782,0 manat olub.

Gununsesi.info xəbər verir ki, sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilər ən yüksək orta aylıq əməkhaqqı alıb.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Gununsesi.info