Ənvər Paşanın nəvəsi: “Azərbaycanda Nuru Paşaya heykəl qoyulmasını, adına park salınmasını arzu edirəm” -ÖZƏL

 15 Sentyabr- Bakının qurtuluş günüdür. Bu tarixi günü bizə ərmağan edən Ənvər və Nuru Paşa qardaşlarının xatirəsi hər il anılır.

Belə bir gündə Gununsesi.info-nun əməkdaşı Ənvər Paşanın nəvəsi Arzu Ənvər Əroğanla danışıb. Azərbaycan xalqını tarixi günlə bağlı təbrik edən Arzu xanım bildirib ki, babası Ənvər Paşanın bu qərarı verməsinə yalnız bir səbəb var idi:

“Azərbaycandakı qardaşlarını erməni daşnaklarından xilas etmək. Şükürlər olsun ki, buna nail olundu”.

Bununla belə, Arzu xanım Bakını işğalçılardan azad edən Nuru Paşanın adına park salınması, prospekt verilməsi və heykəlinin ucaldılmasını da arzu etdiklərini deyib:

“Belə bir hal arzulanandır. Keçdiyimiz bütün tarixi dönəmlərdə biz qardaşlığımızı saxlamışıq. Siz bizim qardaş ölkəmizsiniz. Nuri Paşaya həsr olunmuş park və abidə olarsa, həqiqətən hamımız çox sevinərik. Nə vaxtsa Azərbaycana gəlsəm, mütləq həmin parka getməyi arzu edirəm. Bu da mənə sevinc və xoşbəxtlik bəxş edəcək”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info