Millət vəkili Qənirə Paşayeva İstanbulda Ənvər Paşanın nəvəsi Arzu Ənvərlə görüşüb.
Gununsesi.info-nun xəbərinə görə bu haqda millət vəkili Qənirə Paşayeva sosial şəbəkədəki səhifəsində açıqlama verib. Millət vəkili yazıb ki, onların arasında gözəl görüş və fikir mübadiləsi olub. Beələ ki, Ənvər Paşanın nəvəsi ən dəyərli şəxsi əşyalarından birini millət vəkilinə hədiyyə edib:
“Ənvər Paşa, Nuri Paşa və Xəlil Paşa ailəsinin layiqli davamçılarından olan Arzu Ənvərlə İstanbuda gözəl görüş və fikir mübadiləsi oldu. Dədələri kimi Azərbaycanı və Türk dünyasını çox sevən bir insan, aydındır Arzu xanım. Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Türk Dünyası Birliyinin vacibliyi ilə bağlı geniş fikir mübadiləsi apardıq. Azərbaycana dəvətimizi böyük məmuniyyətlə qəbul etdi. İnşallah yaxın zamanlarda birlikdə maraqlı tədbirlər təşkil edəcəyik və ölkəmizə gələcək. Azərbaycan üçün böyük fədakarlıqlar etmiş Nuri Paşa, Xəlil Paşa və Ənvər Paşa ailəsinin davamçıları üçün bura bizim qədər onların da Vətənidir. Arzu xanım da Azərbaycana belə bir məhəbbətin olduğunu görmək çətin deyildi. “Siz hər zaman istər jurnalist, istər də millət vəkili kimi bizim ailəmizə böyük dəyər vermisiniz. Ona görə də istəyirəm ki, babam Ənvər Paşanın bizim üçün mənəvi anlamda çox dəyərli olan əşyalarından birini sizə hədiyyə edim” -, deyən Arzu xanıma təşəkkür edib, bildirdim ki, Ənvər Paşaya məxsus əşyalardan biri mənim üçün çox böyük və dəyərli hədiyyədir amma, düşünürəm ki, bu dəyərli hədiyyəni Azərbaycan muzeylərinin birinə hədiyyə etməyim doğru addım olardı. Duyğulandı və “Azərbaycana, oradakı insanlarımıza dədələrim Nuri Paşa, Xəlil Paşa və Ənvər Paşaya verdikləri dəyər və vəfakarlıqları bizi hər zaman çox duyğulandırır, bir daha oradakı insanlarımıza təşəkkür edirəm, salam və sevgilərimi göndərirəm, inşallah yaxın zamanlarda gözəl Azərbaycana yenidən gələcəm”-, dedi”.
Gülnaz Qənbərli
Gununsesi.info