“Ərə getmək məcburiyyətində deyiləm ki…”

  • By admin
  • 06 İyul 2017 19:56

125753_itnd1qck6z
Model Özge Ulusoy “ⅦElle” dərgisinə müsahibəsində şəxsi həYatindan danışıb.

Axşam.az-ın məlumatına görə, model milyonçu Hacı Sabancı ilə münasibətinin bitməsinə belə açıqlama verib:

“Heç kim münasibətə bitsin deyə başlamır. 20 illik evliliklər də sona çatır. Biz birlikdə qərara gəlib ayrılmışıq. Çünki yaşandı və bitdi. Tükənmişdik. Mən evlənməyə can atan qadın deyiləm, belə hədəfim yoxdur. Ərə getmək məcburiyyətində deyiləm ki… Öz ayağı üstündə dayanan, heç kimə ehtiyacı olmayan gənc qadınam”.

Özge keçmiş sevgilisindən ötrü darıxmadığını da deyib:

“Çox açıq və qəti şəkildə deyim ki, keçmiş sevgilimdən ötrü darıxmıram. Uzun illərin insanda yaratdığı vərdişlər olur, əlbəttə…”.

Gununsesi.info