
İŞİD lideri Abu Bəkr əl-Bağdadinin yaralanıb. Günunsesi.info ərəb mətbuatına istinadən xəbər verir ki, Bağdadi bir neçə terorçu təşkilatın komandirləri ilə birgə aviazərbələr nəticəsində İraq-Suriya sərhəddində yaralanıb. “Al Sumaria” telekanalının verdiyi məlumata görə, beynəlxalq koalisiyanın İraqın Suriya ilə həmsərhəd bölgəsi olan Nayvan əyalətindəki İŞİD hədəflərini bombalayıb. Hansı ki, İŞİD İraqla Suriya sərhəddində Mosulun qərbində yerləşən bu ərazindən öz mənzil qərargah kimi istifadə edir. Aviazərbələr zamanı Bağdadi ona yaxın olan bir neçə komandirlə qərargahda olub və hadisə də o zaman baş verib. “Röyter”in yaydığı məlumatda isə bildirilir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Əl-Bağdadinin yaralanma faktını təsdiq edə bilməyib. Qeyd edək ki, bu əl-Bağdadinin yaralanması ilə bağlı yayılan ilk məlumat deyil. Artıq bir neçə dəfə onun yaralanması haqqında məlumat yayısa da, sonda təsdiqini tapmayıb.
Günunsesi.info