Ərəb ölkələri 1 aydan sonra hərəkətə keçdi: Nəticəsiz sammitlərə biri də əlavə olunacaq

Səudiyyə Ərəbistanı İsrailin hücumları altında olan Qəzza zolağında baş verən hadisələrin müzakirə olunacağı iki fövqəladə zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dönəm sədri olaraq Qəzza zolağında baş verən hadisələrlə bağlı növbədənkənar iclas çağırdıqları bildirilib.

Misirin paytaxtı Qahirədə Ərəb Liqasının xarici işlər nazirləri səviyyəsində təşkil etdiyi fövqəladə toplantı İsrailin blokada altındakı Qəzza zolağına hücumlarını müzakirə etmək üçün oktyabrın 12-də keçirilib, lakin heç bir nəticə əldə olunmayıb.

Ərəb Liqasının bəyannaməsində “tərəflərin qınanması” maddəsinə qeyd-şərt qoymaqla Əlcəzair “1967-ci il sərhədləri daxilində suveren bir dövlət qurmaq üçün Fələstin xalqının öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüququnu” dəstəklədiyini açıqlayıb.

Ərəb Liqası İsrailin Qəzza zolağına hücumlarını müzakirə etmək üçün Səudiyyə Ərəbistanı və Fələstindən sorğu aldığını açıqlamışdı. Səudiyyə Ərəbistanının ev sahibliyi ilə Fövqəladə Ərəb Zirvəsi noyabrın 11-də keçiriləcək.

İƏT həmçinin İslam ölkələrinin İsrailin Fələstin xalqına qarşı hücumlarını müzakirə etmək üçün noyabrın 12-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək fövqəladə sammitdə bir araya gələcəklərini açıqlayıb.

Gununsesi.info