“Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası problemlərini dialoq yolu ilə həll etməlidir” - RƏSMİ ANKARA

  • By admin
  • 06 İyun 2017 10:55

ibrajim kalin

Fars Körfəzinin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini öz aralarında və dialoq yolu ilə həll etməlidirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalının yazılı bəyanatında deyilir.

İ.Kalın qeyd edib ki, hazırkı məqamda regionun sabitliyə və iqtisadi artıma ehtiyacı var və bütün regional ölkələr diqqəti bu prinsiplərə cəmləməlidir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.

Gununsesi.info