Ərəbistan dənizində 30 balıqçı itkin düşüb

  • By admin
  • 22 Yanvar 2022 17:51

Ərəbistan dənizində iki balıqçı gəmisinin aşması nəticəsində 30 balıqçı itkin düşüb.

Gununsesi.info TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Pakistanın Sind əyaləti sahillərində baş verib.

HTML tutorial

Polisin məlumatına görə, hadisə zamanı gəmidə 35 balıqçı olub. Onlardan beşi xilas edilib və xəstəxanaya yerləşdirilib, digərlərinin axtarışları davam etdirilir.

Hadisəyə güclü küləyin və balıqçı gəmilərinin həddindən artıq yüklənməsinin səbəb olduğu bildirilir.

 

 

Gununsesi.info