Ərəbistanda qızmar istilər 47 dərəcəyə çatdı

  • By admin
  • 19 İyul 2023 15:22

Son yüz ilin ən qızmar iyul ayı yaşanır. Dünya çapında bir çox ölkələrdə istilik rekordları qırılır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, S. Ərəbistanında havanın istiliyi 47 dərəcəyə yüksəlib. Qovurucu istilər quşlara, heyvanlara və insanlara çətin anlar yaşadıb.

Qorunacaq yer tapmaqda çətinlik çəkiblər.

S. Ərəbistandakı turistlərə qaldıqları hotellərdən çıxmamaları təklif edilib. Özəlliklə, dini ziyarətgahlar qonaqlarla doludur.

Ağacların kölgəsində nəfəs dərməyə çalışanlar qızmar istilərdən qorunmağa çalışıblar. İsitilik yüksəkliyi termometrlərdə qırmızı rəngdə “həyəcan” siqanlı verib.

Sərinləmək üçün cihazlardan istifadə etməyə çalışan insanlar kondisionerlərdə soyuq su buxarını üfürən cihazlarını baxım-qulluq işlərini yaxından təqib edirlər.

 

Tərcümə: Arzu

Gununsesi.info