
“Azərbaycanda ət qıtlığı yaranıb. Buna səbəb isə ərəblərin heyvandarlıqla məşğul olan bölgələrdən iri və xırdabuynuzlu mal-heyvanı bazardan yığmasıdır.”
Bu haqda Gununsesi.info-ya ət satışı ilə məşğul olan qəssablar məlumat veriblər. Qəssab Hafiz Əsədov bildirib ki, ət qıtlığının yaranması qiymətlərə də öz təsirini göstərib: “Bütün bunların səbəkarı isə ərəblərdir. Ərəblər Gəncədə bu məqsədlə topdansatışla məşğul olurlar. Onlar ətraf rayonlardan qoyun-quzunu alıb, xüsusi konteynerlərlə öz ölkələrinə göndərirlər. Bu səbəbdən də əvvəllər 8 AZN olan qoyun əti 10 AZN, quzu əti isə 12-14 AZN-dir. Belə getsə, ətin qiyməti Türkiyədəki həddə gəlib çataacaq. Əvvəllər heyvan aldığımız fermerlər indi bizimlə yox, ərəblərlə çalışırlar. Onlar deyirlər ki, ərəblərlə al-ver etmək daha sərfəlidir”-,deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info