SOCAR-ın “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu gün Şabran rayonunda baş tutub.
Aksiyaya qatılan Ərəblər kənd sakinlərindən cəmi 4 nəfəri mikrofon önünə çıxaraq ümumi problem və təkliflərini səsləndirib. Müraciətlərdən biri məscidin, digər biri isə orta məktəbin qazlaşdırılması ilə bağlı olub ki, bu istiqamətdə vətəndaşlara lazımi məlumatlar verilib.
Sahib Fətullayevin iradı bəzi hallarda qazın təzyiqinin zəif olmasına aid olubsa, Fuad Rəsulovun xahişi 150 metrlik qaz xəttinin öz hesabına çəkilməsinə icazənin verilməsinə aid olub. Bütün problem və təkliflər Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.