Ərəblərdən Qətərə güzəşt 

  • By admin
  • 14 İyul 2017 17:36

20

“Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) “Əl-Cəzirə” kanalının bağlanması barədə irəli sürdükləri tələbi geri götürüb”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda BƏƏ-li nazir Noura əl-Kaabi “The Times” qəzetinə müsahibədə belə deyib.

Noura əl-Kaabi bildirib ki, diplomatik həll yolunun tərəfdarıdırlar və bu səbəbdən Əl-Cəzirə” kanalının bağlanmasını istəmir, kanal daxilində ciddi islahatları tələb edirlər.

Nazirin bu tələbinə münasibət bildirən kanal rəsmiləri mətbuatın işinə dair kənar müdaxiləni rədd etdiklərini deyib.

Qeyd edək ki, bir müdət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərə qarşı 13 bənddən ibarət ultimatum verib. Belə ki, sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.

Anar

Gununsesi.info