Ərəblərin Azərbaycanda ova çıxması ARAŞDIRILIR

Sosial şəbəkələrdə yayılan görüntülərdə Tovuzda ərəb turistlərin adı “Qırmızı Kitab”a düşən bəzgək ovladığı iddia edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Gununsesi.info-ya təmsil etdiyi qurumun həmin görüntülərdən məlumatlı olduğunu bildirib:

HTML tutorial

“Sosial şəbəkədə yayılan foto və videogörüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.

Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.

Gununsesi.info