
Son illər ərəb ölkələrindən Azərbaycana ov üçün gələn turistlərin sayı durmadan artır.
Azərbaycanın xüsusi qoruq zonalarında ov edən ərəblərin sosial şəbəkələrdə paylaşdıqları fotolar isə cəmiyyətdə ciddi narazılığa səbəb olub.
Nəsli kəsilməkdə olan quşların və digər heyvanların kütləvi şəkildə məhv edilməsinin görüntülərini paylaşan şəxslər buna qarşı çıxaraq, aidiyyatı qurumları soyqrıma göz yummaqda ittiham edir.
Gununsesi.org bildirir ki, tanınmış vəkil Aqil Layıc da etiraz edənlər sırasındadır. O, özünün sosial şəbəkədəki hesabında yazır:
Bu məxluqat ərəblər Orta Şərqdə insan qanı tökməklə, bizim ölkədə isə faunanı məhv etməklə məşğuldurlar. Bunlar inanın Avropada bu qələti edə bilmirlər. Niyə bu bədəvilərə qarşı tədbir görülmür?!
Qeyd edək ki, Azərbaycanın daha bir nçə nəfər ictimai xadimi də ərəblərin ovunun qarşısının alınmasına çağırış edib.
Gununsesi.org