Ər-arvadın meyiti yaşadıqları mənzildə aşkarlandı

  • By admin
  • 10 Aprel 2018 09:48

Gürcüstanın paytaxtı Tbilisinin Pekin küçəsində yerləşən binaların birində mənzildə ər və arvadın meyiti aşkarlanıb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, xarici  ölkə vətəndaşları olan cütlük bir neçə günlük mənzil kirayələyib. İlkin məlumatlara əsasən, onların ölümünə dəm qazından zəhərlənmə səbəb olub. Ər-arvadın meyitləri ekspertizaya göndərilib.

Cütlüyün hansı xarici ölkə vətəndaşı olduqları hələ açıqlanmır.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır

Gununsesi.info