Ər-arvadın savaşı təyyarəni göydən endirdi - FOTO+VİDEO

  • By admin
  • 03 İyul 2017 16:54

unnamed (1)

İyulun 3-də İstanbuldan Bodrum-Milas istiqamətinə uçan təyyarədə qısqanclıq zəminində ər-arvad arasında dava-dalaş baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Türk Hava Yolları”na məxsus təyyarə səhər saatlarında Atatürk Hava Limanından havaya qalxıb.

Belə ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra həyat yoldaşının mobil telefonuna gələn mesajı görən qadın uşaqlarının gözü qarşısında – “Məni aldatdı” -, deyə ərini yumruqlamağa başlayıb.

Sərnişinlər dalaşan ər-arvadla bağlı ekipaj üzvlərinə məlumat versələr də, təyyarədə səs-küy salan sərnişinləri sakitləşdirmək mümkün olmayıb.

Nəticədə “Türk Hava Yolları”na məxsus təyyarə Milasada yerə enib. Təyyarəyə daxil olan polis əməkdaşları dava-dalaş salan sərnişinləri polis bölməsinə aparıblar. Məhz onların Özbəkistan vətəndaşı olduğu məlum olub.

Anar
Gununsesi.info