Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsində alınıb.
Şabirabad rayon sakini, 1980-ci il təvəllüdlü Səmədova Mətanət Soltan qızı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmədov Nazim Nizami oğlu tərəfindən bıçaqlanıb.
12 bıçaq zərbəsi alan qadın ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb. Cinayəti törədən N.Səmədov hadisə yerindən qaçıb. Hazırda onun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Məlumata görə, Nizami və Mətanət Səmədovlar 17 il əvvəl ailə qurublar, 2 övladları var.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info