Ər arvadını döyərək öldürdü - AZƏRBAYCANDA

  • By admin
  • 30 Aprel 2018 18:50
Samuxda qətl hadisəsi törədilib.
Gununsesi.info apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib.
Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.
Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin böyüyünün 9 yaşı olan övladı var.
A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Gununsesi.info