Ər öldü, arvadı xəstəxanalıq oldu – AGDAMDA

  • By admin
  • 11 Sentyabr 2016 15:06

qeza

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, rayonun Üçoğlan kəndi ərazisində 1969-cu il təvəllüdlü Rəhimov Rais Budaq oğlunun idarə etdiyi “VAZ 2107” markalı 90 CN 324 dövlət nömrəli maşınla Kərimov Nurlan Yasir oğlunun idarə etdiyi BMW markalı 10 LC 524 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “VAZ 2107”nin sürücüsü R.Rəhimov hadisə yerində ölüb. Onun 40 yaşlı həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info