Səudiyyə Ərəbistanında “Fənərbaxça” ilə “Qalatasaray” arasında keçirilməsi planlaşdırılan Superkubok finalı ləğv edilib.
Gununsesi.info xəbər verir ki, futbolçulara üzərində Atatürkün şəkli olan köynəkləri geyinərək isinmə hərəkətlərinə icazə verilmədiyi üçün bu qərar qəbul edilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi planlaşdırılan Superkubok finalı öncəsi böhran yaşanıb. Qarşılaşmadan saatlar əvvəl Səudiyyə rəhbərliyinin Superkubokda “Qalatasaray” və “Fənərbaxça”ya Atatürk pankartları, köynəkləri ilə meydana çıxmağa Türkiyənin İstiqlal Marşını səsləndirməyə icazə verməyəcəyi bildirilmişdi.
Komandalar üzərində Atatürkün şəkli olan köynəklərlə isinmə hərəkətlərinə icazə verilməsələr, matça çıxmayacaqlarını bildiriblər. İcazə verilmədiyi üçün “Fənərbaxça” və “Qalatasaray” qaldıqları oteli tərk etməyib. Hadisələrdən sonra Ər-Riyadda keçiriləcək Superkubok finalı ləğv edilib və başqa vaxta təxirə salınıb.
Baş verənlər bağlı Türkiyə Futbol Federasiyası, “Fənərbaxça” və “Qalatasaray” klubları birgə açıqlama yayıb.
Superkubokun ləğv edilməsindən sonra “Qalatasaray” və “Fənərbaxça” heyəti Türkiyəyə yola düşüb.
Gununsesi.info