Ərdoğan: Əsədlə görüşə bilərik, qapalı deyilik

  • By admin
  • 17 İyul 2023 20:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə görüşlə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu görüşə qapalı olmadıqlarını bildirən Türkiyə lideri dialoqun mümkünlüyü haqqında danışıb.

“Görüşə qapalı deyilik. Görüşərik. Bütün məsələ onların bizə yanaşma tərzinin önəmindədir.

S. Ərəbistana səfəri öncəsində Atatürk Hava Limanında mətbuat toplantısı keçirən Ərdoğan Suriya ilə normallaşma və ikitərəfli münasibətlərdən danışıb.

“Bizim Suriyaya qapını qapatma kimi halımız söhbət mövzusu deyil. Qapı açıqdır. Bu anda Əsəd Türkiyənin Şimali Suriyadan çıxmasını istəyir. Belə bir şey ola bilməz. Çünki orda terrorla mübarizə aparırıq. Yəni, sərhədlərimizdə terrorçular varkən, necə çıxarıq? Davamlı olaraq oradan təhdid altında qalan bir Türkiyə var”.

 

Tərcümə: Arzu

Gununsesi.info